Akif Aşırlı: Nuru Paşanın Azərbaycan qarşısında xidmətləri böyükdür.....

“Azərbaycanı bolşevik zülmündən xilas edən böyük komandanın anım gününü keçirmək bizlərin mənəvi borcudur. Nuru paşa təkcə döyüş yolu ilə yox, həm də Türkiyədəki ilk hərbi sənaye müəssisəsinin yaradılmasında böyük rol oynaması ilə yaddaqalan zabitdir”.

<Akif Aşırlı: Nuru Paşanın Azərbaycan qarşısında xidmətləri böyükdür.....

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı deyib.

O qeyd edib ki, Nuru Paşanın Azərbaycan qarşısında xidmətləri böyükdür. Bu gün Nuru Paşanın anım gününün qeyd edilməsi Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının və böyük komandana verilən dəyərin əyani sübutudur.