Qureyş qəbiləsi və onun mənşəyi -III-

      Kahtanilərin əsəbiyyət (qəbiləçilik) təəssübkeşliyinin əsasında dayanan əsas amillərdən biri də ərəb-sami irqçiliyi idi. Çünki onlar Adnani soyunun mənşəcə Sam soyundan (sami) olmadığını, onların Hz. İbrahimin (əs) soyundan olduqlarını və “ərəb-i müstəribə” (ərəbləşmiş ərəb) olduqlarını bilirdilər (artıq, bu barədə kifayət qədər bəhs etdik).

Qureyş qəbiləsi və onun mənşəyi -III-


Qureyş qəbiləsi və onun mənşəyi -III-

 

     Hz. Muhəmməd (səs) Hz. İsmaili özünün ulu əcdadı hesab edərək demişdir: “Allah, İbrahimin övladlarından İsmaili, İsmailin övladlarından Bəni Kinanəni, Bəni Kinanədən Qüreyşi, Qüreyşdən Bəni Haşimi, Bəni Haşimdən məni seçdi.” (Müsned, II, 107; Müslim, “Feżâʾil”, 1; Tirmizî, “Menâḳıb” 1) Yaxud, o demişdir: “Mən iki qurbanlığın oğluyam.” (Hâkim, II, 604; Aclûnî, I, 230. Yəni, cəddi Hz.İsmaili və dogma atası Abdullahı nəzərdə tutmuşdur.)

 

Hz. Muhəmməd (səs) oxatma yarışına qatılan əshabına belə demişdir: “Ey İsmailoğulları! Ox atın! Atanız da oxatan idi.” (Buhârî, “Cihâd”, 78; “Enbiyâʾ”, 12; “Menâḳıb”, 4.). Tövratda Hz.İsmailin soyunun da özü kimi oxçuluq sənətində mahir olduğu bildirilir (Təqvin 21-20; İşaya 21-17). Bu məlumat hədislərə Tövrat vasitəsilə də daxil ola bilərdi.