Ulu Öndər Heydər Əliyev və Təhsil siyasəti.....

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində və dövlətçiliyin inkişafında misilsiz xidmətləri olmuşdur. Ümummilli Liderin çoxşaxəli fəaliyyətində təhsil xüsusi yer almışdır. 

Ulu Öndər Heydər Əliyev və Təhsil siyasəti.....
EĞİTİMCİ FƏRƏC AĞAYEV

Ulu Öndər Heydər Əliyev və Təhsil siyasəti.....

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində və dövlətçiliyin inkişafında misilsiz xidmətləri olmuşdur. Ümummilli Liderin çoxşaxəli fəaliyyətində təhsil xüsusi yer almışdır. 
Ulu Öndərin təhsil siyasəti ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət etmişdir. 


Yüksək inkişaf etmiş ali təhsil sistemi cəmiyyətin, dövlətçiliyin, iqtisadiyyatın və sosial-rifahın inkişafını təmin edir, ölkənin siyasi, hüquqi, beynəlxalq və hərbi qüdrətini gücləndirir. Heydər Əliyevin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqilliyin bərpasından sonrakı dönəmdə ölkəmizə rəhbərlik etdiyi zamanlarda həyata keçirdiyi təhsil siyasəti mühüm fundamental və tarixi əhəmiyyətli məqsədləri hədəfləmişdir.


Ulu Öndərin təhsil strategiyasının kökündə Azərbaycan iqtisadiyyatının, sənayesinin, ən əsası isə milli-mənəvi dəyərlərin qorunması, yaşadılması, xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı, dili, folkloru və bütövlükdə milli yaddaşının mühafizəsi və ölkənin qüdrətli gələcəyinə xidmət etməsi dururdu. 


Hələ XX əsrin 70-80-ci illərində Azərbaycanda təhsilin inkişafına ayrılan diqqət, ana dilinin inkişafına yönəlmiş siyasət, sənayenin müxtəlif sahələri üzrə gənc kadrların SSRİ-nin müxtəlif ali təhsil müəssisələrində oxumağa göndərilməsi, ali məktəblərin sayının artırılması kimi uğurlu işlərin nəticələri müstəqilliyin bərpasından sonrakı dövrdə özünün əhəmiyyətini xüsusi olaraq göstərdi.
 Heydər Əliyev çox gözəl bilirdi ki, millətin dilinin qorunması onun milli kimliyinin  mühafizəsi demək idi. 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tətbiq edilməsi barədə”  Sərəncamı bu istiqamətdə illərlə aparılan siyasətin məntiqi davamı idi. 


Ulu Öndər tərəfindən Azərbaycan dilinin qorunması, tədrisi, tədqiqi və inkişafı baxımından görülən tədbirlər  milli-mənəvi yaddaşımızın mühüm hadisələri sırasındadır. Heydər Əliyevin Azərbaycan dilinə, onun qorunmasına və inkişafına olan həssaslığı böyük rəhbərin özü tərəfindən aydın şəkildə ifadə edilmişdir: 
“Millətin milliliyini saxlayan onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir.
 Bu, təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”. 


Bir millətin yaşamasında, milli kimliyinin və dövlətçiliyinin qorunmasında ana dilinin əhəmiyyəti haqqında deyilən fikirlərdən gözəl tərif ola bilməz.  
Azərbaycan dilinin qorunması həm də təhsilin inkişafı məsələsi idi. 


Bu istiqamətdə Ulu Öndərin atdığı addımlar sırasında ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması, təhsilin əlçatanlığı və coğrafiyasının genişlənməsi əsas prioritetlərdən olmuşdur.
Ulu Öndərin hakimiyyəti illərində ali təhsilin inkişafı hər zaman diqqətdə saxlanılmış, kadrların xüsusi çəkisində əhəmiyyətli artım müşahidə olunmuşdur. 


Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində ali məktəblərin sayı da çoxalmış, yeni ali təhsil müəssisələri yaradılmışdır.  Azərbaycanda təhsil alanlarla yanaşı, SSRİ-nin digər ali təhsil müəssisələrində də soydaşlarımızın oxuması məqsədi ilə yüzlərlə həmyerlimiz keçmiş ittifaqın ən aparıcı universitetlərinə göndərilmişdir.
      
 
Beləliklə, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtmasından sonrakı dövrdə bu sahənin inkişafında yeni bir mərhələ başladı. Müstəqil dövlətin iqtisadi inkişafının təmin olunması, daxili və xarici siyasətdə uğurlu nəticələrin əldə olunması üçün təhsilin inkişafına xüsusi önəm verildi, kadr hazırlığı məsələləri diqqət mərkəzində saxlanıldı. 
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.