Türkiyənin Eskişehir vilayətində “Qarabağ - İnancın Zəfəri” mövzusunda təntənəli tədbir keçirilib.....

Azərbaycanın Qarabağ Zəfərinin üçüncü ildönümü münasibətilə Türkiyənin Eskişehir vilayətində Zəfər tədbiri keçirilib. “Qarabağ - İnancın Zəfəri” adlı tədbir Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil olunub.

<Türkiyənin Eskişehir vilayətində “Qarabağ - İnancın Zəfəri” mövzusunda təntənəli tədbir keçirilib.....

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

Tədbirdə iştirak edən çoxsaylı qonaqlar üçün Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin Türkiyənin yüzüncü ildönümü münasibətilə hazırladığı videoçarxı nümayiş olunub.

Açılışda çıxış edən Eskişehir Qeyri-Hökumət təşkilatlarının sədri Nihat Bahar, Eskişəhir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu və Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın otuz ildən artıq davam edən erməni işğalı, Vətən müharibəsi və şanlı Zəfərimizə gedən yol, eləcə də dövlətimizin sentyabrın 19-da keçirdiyi antiterror tədbirləri ilə torpaqlarımızın tamamilə erməni terrorçularından təmizlənərək, hər guşəsində üçrəngli bayrağımızın qaldırılmasından bəhs ediblər.

Tədbir bu şəhərdə təhsil alan tələbələrimizin ifasında Qarabağ haqqında hekayə, milli rəqs və musiqilərimizdən ibarət bədii hissə ilə davam etdirilib.