Şamaxıda zəlzələ qeydə alınıb

Pirqulu stansiyasından 12 kilometr şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

<Şamaxıda zəlzələ qeydə alınıb

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ episentrdə və yaxın ərazilərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.