Danimarka portalı Yanardağ barədə yazıb

Danimarkanın “Senest” informasiya portalında Abşeron yarımadasının ən ecazkar məkanlarından olan Yanardağa həsr olunmuş məqalə dərc edilib.

<Danimarka portalı Yanardağ barədə yazıb

AZƏRTAC xəbər verir ki, məqalədə bu məkanın unikallığı qeyd olunub. Oxucuların diqqətinə çatdırılıb ki, hava şəraitinə baxmayaraq, burada yerin altından çıxan alov artıq 4 min il ərzində sönmür. Yazıda vurğulanır ki, Azərbaycanın zəngin təbii qaz ehtiyatları yerin səthinə sızaraq əbədi məşəl yaradıb və bu, uzun illər səyahətçiləri valeh edib, qədim dinin - zərdüştün tərəfdarlarını özünə cəlb edib.

Məqalə müəllifi X əsrə aid od ayinlərinin digər ölkələrdən də turistləri cəlb etdiyi Atəşgah məbədi haqqında da məlumat verib.