Neftçalada zəlzələ olub

Dekabrın 27-də Şirvan seysmoloji stansiyasından 63 kilometr cənubda - Neftçala rayonunun ərazisində zəlzələ baş verib.

<Neftçalada zəlzələ olub

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yerli vaxtla saat 10:37-də qeydə alınan zəlzələnin maqnitudası 3.8-ə bərabər olub.

Ocağı 47 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.