İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ olub…..

Avqustun 29-da İndoneziyanın qərb sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

<İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ olub…..

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 
Yeraltı təkanların episentrinin Qərbi Sumatra əyalətində yerləşən və təqribən 840 min əhaliyə malik olan Padanq şəhərindən 191 kilometr qərbdə, ocağının 40 kilometr dərinlikdə olduğu qeyd edilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio