Dövlət Teatr Muzeyində tədbir: “Xocalıdan danış mənə!”

Fevralın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və “İrəli” İctimai Birliyinin tərkibində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 32–ci ildönümünə həsr olunmuş “Xocalıdan danış mənə!” adlı tədbir keçirilib.

<Dövlət Teatr Muzeyində tədbir: “Xocalıdan danış mənə!”

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Ümidə Hacıyeva Qarabağ hadisələri və Xocalı soyqırımı mövzusunda geniş məruzə ilə çıxış edib.

Sonra 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Dolu” bədii filmi nümayiş olunub. Yazıçı, ssenarist, “Şöhrət” ordenli Aqil Abbasın eyniadlı romanı əsasında ekranlaşdırılmış tammetrajlı bədii filmin rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərovdur.

Tədbirdə gənclər, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.