Beynəlxalq illüstrasiya müsabiqəsi elan edilib.....

Yaponiyanın qrafika üzrə proqram təminatı şirkəti “Celsys” Beynəlxalq illüstrasiya müsabiqəsi elan edib.

<Beynəlxalq illüstrasiya müsabiqəsi elan edilib.....

AZƏRTAC xəbər verir ki, güllər mövzusuna həsr olunmuş müsabiqəyə bir və ya daha çox illüstrasiya təqdim edilə bilər. İştirakçılar proqram təminatının seçimində sərbəstdir.

Birinci yerin qalibinə 2 min ABŞ dolları məbləğində pul mükafatı və Clip Studio Paint EX aktivləşdirmə kodu veriləcək. Digər qaliblər üçün də mükafat və hədiyyələr nəzərdə tutulub.

Ətraflı məlumat əldə etmək və müsabiqəyə qatılmaq üçün https://www.clipstudio.net/en/cspcontest28/ ünvanına daxil ola bilərsiniz.