Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının mükafatlandırma mərasimi keçirilib.....

Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

<Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının mükafatlandırma mərasimi keçirilib.....

AZƏRTAC xəbər verir ki, festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşib.

Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev Şuşa şəhərinin hər bir türkün mənəvi dayağı olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Türk dünyasının ayrılmaz hissəsidir.

Sonra qaliblərə mükafatlar təqdim olunub.