Abdullkadir Uraloğlu: Zəngəzur dəhlizinin reallaşması Türk dünyasını birləşdirəcək mühüm addımdır.....

Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizinin həyata keçirilməsini bütün Türk dünyasını birləşdirəcək mühüm addım olacağına inanıram.

<Abdullkadir Uraloğlu: Zəngəzur dəhlizinin reallaşması Türk dünyasını birləşdirəcək mühüm addımdır.....

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdullkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat nazirlərinin 7-ci iclasında deyib.

O qeyd edib ki, Zəngəzur bağlantısı Qafqazda normallaşma üçün həyati əhəmiyyət kəsb edir: “Bu əlaqənin reallaşması, birbaşa dəmir yolu və Türkiyə ilə Azərbaycan arasında yol nəqliyyatı bütün Türk dünyasını birləşdirəcək”.