Zəfər Günü münasibətilə İstanbulda “Qarabağ Azərbaycandır!” mövzusunda beynəlxalq uşaq rəsm sərgisi açılıb.....

Zəfər Günü münasibətilə İstanbul Dəniz Muzeyində “Qarabağ Azərbaycandır!” mövzusunda beynəlxalq uşaq rəsm sərgisi açılıb.

<Zəfər Günü münasibətilə İstanbulda “Qarabağ Azərbaycandır!” mövzusunda beynəlxalq uşaq rəsm sərgisi açılıb.....

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, eləcə də 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin ölkəmizə dəstəyi haqqında danışıb.

Sərginin təşkilatçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Rafiq Əziz sərginin yaranma tarixi haqqında məlumat verib.

Mərasimdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov şanlı Zəfərimiz və belə tarixi günə həsr olunmuş uşaq rəsm sərgisinin açılmasının əhəmiyyətindən danışıb.

Beşyaşlı Nərgiz Bağırovanın “Mən Zəfərin qızıyam” mövzusunda əsəri Azərbaycanın İstanbuldakı baş konsulluğuna hədiyyə edilib.

Tədbirdə Milli Məclisin deputatları Ağalar Vəliyev, Anar Məmmədov, muzeyin rəhbəri polkovnik Eren Günay və digərləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə açılan sərgidə azərbaycanlı və türkiyəli uşaqların 1992-ci ildən günümüzə kimi Birinci Qarabağ müharibəsinə, Xocalı soyqırımına, 20 Yanvar hadisələrinə, eyni zamanda, Zəfər Gününə həsr olunan yüzdən artıq əsəri nümayiş olunub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul