Xocalı soyqırımı qurbanlarından 7 nəfəri dəfn edilib

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi Xocalıda yeni salınan Şəhidlər xiyabanında dəfn edilib.

Bu barədə AZƏRTAC-ın Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.

Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

09:32

Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib.

AZƏRTAC-ın Bərdəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutan vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kütləvi məzarlıqda qalıqları aşkarlanan 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.

Dəfn olunacaq şəxslər aşağıdakılardır:

1. Əliyev Ağaəli Naib oğlu – Təvəllüdü: 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935

5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il

6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

7. Nəcəfov Şiraslan Qəmiş oğlu – 1952.