Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri beynəlxalq rəsm müsabiqələrində yüksək nəticələr əldə ediblər.....

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 6 gənc rəssamı Yaponiyada keçirilən XI Kanagava beynəlxalq rəsm müsabiqəsində, digər 6 gənc rəssamı isə Latviyada “Dalğalı səs” mövzusunda keçirilən beynəlxalq rəsm müsabiqəsində iştirak edərək qalib olub.

<Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri beynəlxalq rəsm müsabiqələrində yüksək nəticələr əldə ediblər.....

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qaliblərin təltifetmə mərasimində Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşı, Latviya Respublikasının Azərbaycandakı səfirliyinin missiya başçısının müavini Viya Buşa, mərkəzin kollektivi və digər rəsmilər iştirak ediblər.

Tədbirdə qaliblərə diplom və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi bir sıra respublika və beynəlxalq səviyyəli müsabiqə, sərgi, festival və digər tədbirlərdə iştirak edərək uğurlar qazanıb. Mərkəzin yetirmələri 2021-ci ildə Türkiyə, Rusiya, Belarus, Çexiya, Polşa, Bolqarıstan, Latviya, Yaponiya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və başqa ölkələrdə keçirilən 17 beynəlxalq müsabiqədə iştirak edərək ölkəmizi layiqincə təmsil edib.