Türkmənistanın Əfqanıstandakı diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir.....

Türkmənistanın Kabildəki səfirliyi, həmçinin ölkənin Məzari-Şərif və Heratdakı Baş Konsulluqları fəaliyyətini əvvəlki rejimdə davam etdirir.

<Türkmənistanın Əfqanıstandakı diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir.....

AZƏRTAC Türkmənistan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Türkmənistanın diplomatik nümayəndəliklərinin binaları avqustun 15-də Kabildə Prezident iqamətgahını tutan Taliban nümayəndələri tərəfindən qorunur.

Türkmənistanın Əfqanıstandakı diplomatları vəzifələrini həmişəki kimi yerinə yetirməyə davam edirlər.

Diplomatik nümayəndəlikdə və konsulluq idarələrində kadr sayında azalma, işçilərinin təxliyəsi baş verməyib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad