Türkiyədə əhaliyə COVID-19-a qarşı 90 milyon dozadan çox peyvənd vurulub.....

COVID-19-a qarşı vaksinasiya prosesi başlayandan indiyədək Türkiyədə əhaliyə 90 milyon dozadan çox peyvənd vurulub.

<Türkiyədə əhaliyə COVID-19-a qarşı 90 milyon dozadan çox peyvənd vurulub.....

AZƏRTAC xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyinin son statistik göstəricilərinə əsasən, bu günədək ölkədə 46 milyon 649 min 44 nəfərə birinci, 35 milyon 672 min 814 nəfərə ikinci, 7 milyon 929 min 901 nəfərə isə üçüncü doza peyvənd vurulub. Bununla da Türkiyədə əhaliyə vurulan ümumi vaksin sayı 90 milyon 405 min 737 doza təşkil edir.

Ölkənin 39 vilayətində əhalinin 75 faizindən çoxu artıq peyvəndlənib. Bu vilayətlər ölkə üzrə tətbiq olunan COVID-19 xəritəsinin mavi, yəni, ən az riskli bölgələr siyahısına daxil edilib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul