Türk Dövlətləri Təşkilatı: Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük

Türk Dövlətləri Təşkilatı 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı X sosial şəbəkə hesabında paylaşım edib.

<Türk Dövlətləri Təşkilatı: Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan tarixinə “Qara Yanvar” kimi yazılan bu gündə vətənlərinin müstəqilliyi uğrunda həyatlarını fəda edən şəhidləri yad etmək üçün azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük”.