Sloveniyada dövlət qulluqçularının koronavirusa qarşı vaksinasiyası icbariləşdi.....

Sloveniyada dövlət qulluqçularının koronavirusa qarşı vaksinasiyası icbariləşib.

<Sloveniyada dövlət qulluqçularının koronavirusa qarşı vaksinasiyası icbariləşdi.....

AZƏRTAC xəbər verir ki, hökumətin yaydığı məlumata görə dövlət qulluğunda çalışan təxminən 31 min şəxs oktyabrın 1-dək xəstəlikdən sağalmaya dair arayış və ya peyvənd sertifikatı təqdim etməlidirlər. Peyvənd olunmaqdan boyun qaçıran və “home office” imkanından istifadə etməyən şəxslər dövlət qulluğundan kənarlaşdırılacaqlar. Sloveniya hökuməti bu kəskin qərarla ölkədə koronavirusa qarşı peyvəndləmə tempinin yüksələcəyinə ümid edir.

Qeyd edilməlidir ki, təxminən iki milyon əhalisi olan Sloveniyada indiyədək əhalinin 45 faizi koronavirusa qarşı peyvənd olunub. Bu göstərici Avropa İttifaqı ölkələri arasında ən aşağı peyvənd kvotalarından biridir. Yoluxma hallarının artımını nəzərə alan rəsmi qurumlar ölkədə bütün işçilər üçün sağlamlıq pasportunun tətbiqinə başlayıblar.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Lyublyana