Rusiya XIN: Moskva Azərbaycanla ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

Moskva Azərbaycan ilə ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə bütün məsələlərin istinasız olaraq siyasi-diplomatik metodlarla nizamlanmasını dəstəkləyir.

<Rusiya XIN: Moskva Azərbaycanla ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

M.Zaxarova deyib: “Biz Azərbaycan ilə ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə bütün məsələlərin istinasız olaraq siyasi-diplomatik metodlarla nizamlanmasını dəstəkləyirik. Bizim mövqeyimiz ondan ibarədir ki, razılaşmalar dayanıqlı, tarazlaşdırılmış xarakter daşımalı və hər iki ölkə tərəfindən qəbul edilməlidir. Onlar regionda möhkəm sülhə nail olunmasına xidmət etməlidir. Biz gələcəkdə də tərəflərə Rusiya, Azərbaycan və ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında delimitasiya üzrə məsləhətgüzar köməklik göstərməyə hazır olduğumuzu təsdiq edirik”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva