Şirvanşahlar Sarayı Kompleksində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ədəbi-bədii gecə keçiriləcək.....

Sentyabrın 3-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə qədim memarlıq abidələrindən olan Şirvanşahlar sarayında Azərbaycanın dünyaca məşhur şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək.

<Şirvanşahlar Sarayı Kompleksində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ədəbi-bədii gecə keçiriləcək.....

AZƏRTAC xəbər verir ki, şairin unikal yaradıcılığını əks etdirən ədəbi-bədii gecə çərçivəsində Fondun himayəsində yaradılan “Dədə Qorqud” Kamera Orkestrının ifasında Azərbaycanın görkəmli bəstəkarları tərəfindən Nizami Gəncəvinin şeirlərinə bəstələnən əsərlər səsləndiriləcək.

Tədbirdə rəsmilərin, Fonda üzv və müşahidəçi ölkələrin, eləcə də Azərbaycanda akkreditə olunan səfirlərin və beynəlxalq təşkilatların nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, eləcə də Türk Şurasının xətti ilə Bakıya və Şuşaya səfər edən bir qrup beynəlxalq media nümayəndələrinin iştirakı nəzərdə tutub.

Mərasim pandemiya şəraitinə uyğun olaraq keçiriləcək.