Sinoptiklər xəbərdarlıq edirlər...

Aprelin 14-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.

<Sinoptiklər xəbərdarlıq edirlər...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə - Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikası, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aranda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.