Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycan xalqına başsağlığı verib.....

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlarla əlaqədar tviter hesabında paylaşım edib.

<Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycan xalqına başsağlığı verib.....

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan-ermənistan sərhədində təxribatlar nəticəsində Azərbaycan Ordusunun həlak olan qəhrəman şəhidlərinə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyir, qardaş Azərbaycan xalqına başsağlığı verirəm”.

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə ermənistan silahlı qüvvələrinin iki ölkənin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində 50 hərbiçimiz şəhid olub. Azərbaycan Ordusu tərəfindən dərhal cavab tədbirləri görülüb, düşmənin təxribatlarının qarşısı qətiyyətlə alınıb.