Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyətini qəbul edib

Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olub. Nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar tərəfindən qəbul edilib.

<Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyətini qəbul edib

AZƏRTAC xəbər verir ki, görüşdə Ersin Tatar hər iki Türk dövlətindən gələn mediatorlara əlaqələrin qurulmasındakı rollarına görə təşəkkürünü bildirib.

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel birliyin yaranma məqsədi, qarşıda duran hədəflər barədə məlumat verib, Şimali Kiprdə mediasiya proseslərinin quruculuğunda Türk dövlətləri təcrübəsinin də dəstək ola biləcəyini söyləyib. O qeyd edib ki, bu sahədə Azərbaycan və Türkiyə təcrübəsi kifayət qədər müsbət nəticələr əldə edib və bu təcrübəni böyük məmnuniyyətlə digər görüşlərdə də bölüşəcəklər.

Mediasiya Şurasının nümayəndə heyətinin rəhbəri Qasım Şaliyev Azərbaycan mediatorları adından Ersin Tatarı salamlayaraq Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının tərkib hissəsi olan mediasiya islahatları barədə ətraflı məlumat verib.

Səfərdə ölkəmizin nümayəndə heyətinə mediator, mediasiya təlimçisi və Türk Dünyası Mediatorlar Birliyində Azərbaycan Mediasiya Şurasını təmsil edən Komissiya sədri Qasım Şaliyev rəhbərlik edir.

Nümayəndə heyətinə Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov, Türk Dünyası Mediatorlar Birliyində Azərbaycan Mediasiya Şurasını təmsil edən Komissiya sədri Miryusif Cavadzadə, mediasiya təmsilçiləri və Azərbaycanın bölgələri üzrə mediasiya təşkilatlarının rəhbərləri Gəray Məmmədtağıyev, Gültəkin Məmmədova, Sevda Məhərrəmova, Tural Şahbazov, Südabə Məmmədova, Nicat İsmayılov və Elman Hənifəli daxildirlər.