“Şəhidlər ölməz, Vətən bölünməz” adlı videoçarx hazırlanıb.....

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Tovuz döyüşlərinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı videoçarx hazırlayıb.

<“Şəhidlər ölməz, Vətən bölünməz” adlı videoçarx hazırlanıb.....

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sosial hesablarında təqdim edilən videoçarxda ötən ilin iyulunda baş verən Tovuz döyüşləri haqqında geniş məlumat verilir.

Qeyd edilir ki, döyüşlər iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başlayıb. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və düşmən itki verərək geri oturdulub.

Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir nümunəsi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu və 1 mülki şəxs həlak olub. Bu döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edilib, döyüş texnikası sıradan çıxarılıb.