Sabah bəzi yerlərdə yağış yağacaq.....

Azərbaycanda mayın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah bəzi yerlərdə yağış yağacaq.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16°, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-25° isti, dağlarda gecə 2-6°, gündüz 6-10° isti olacağı bildirilir.