Rusiyada zavodda baş verən yanğında 7 nəfər həlak olub.....

Rusiyanın Ryazan vilayətində barıt zavodunda yanğın nəticəsində 7 nəfər həlak olub, daha 9 nəfərin taleyi məlum deyil.

<Rusiyada zavodda baş verən yanğında 7 nəfər həlak olub.....

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya FHN-nin mətbuat xidmətinə istinadla məlumat yayıb. “İlkin məlumata görə, 17 nəfər yaralanıb, onlardan yeddisi ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib, doqquz nəfərin taleyi isə məlum deyil”, - deyə nazirlikdən bildiriblər.

Agentliyin məlumatına görə, zavod yaşayış məntəqəsindən iki kilometr aralıda yerləşdiyindən əhali üçün təhlükə yoxdur.

Hazırda yanğın söndürülüb.