Ərəb dənizində 30-dan çox balıqıçı itkin düşüb.....

Ərəb dənizinin Pakistan sahillərində (Sind əyaləti) iki qayığın batması nəticəsində 30-dan çox balıqıçı itkin düşmüş hesab edilir.

<Ərəb dənizində 30-dan çox balıqıçı itkin düşüb.....

AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli polis nümayəndələrinə istinadla məlumat yayıb. Polisin və yerli mənbələrin məlumatına görə, batan qayıqlarda 35-dən çox balıqçı olub. Onlardan beşi xilas edilərək tibbi mərkəzə gətirilib. Pakistan Hərbi Dəniz Qüvvələrinin dəstələri və könüllülər itkin düşənlərin axtarışını davam etdirirlər.

Yerli hakimiyyət orqanlarından bildirilib ki, qəzaya güclü külək və qayıqların həddən artıq yüklənməsi səbəb olub.