Qərbi Azərbaycan İcması Yunanıstanla ermənistan arasında hərbi əlaqələrin mahiyyətindən ciddi narahatlığını ifadə edib

Qərbi Azərbaycan İcması yunanıstanın müdafiə naziri nikos dendiasın ermənistana son səfəri və ümumiyyətlə, bu iki ölkə arasında hərbi əlaqələrin mahiyyətindən ciddi narahatlığını ifadə edib.

<Qərbi Azərbaycan İcması Yunanıstanla ermənistan arasında hərbi əlaqələrin mahiyyətindən ciddi narahatlığını ifadə edib

AZƏRTAC xəbər verir ki, bu barədə İcmanın açıqlamasında qeyd olunub.

Açıqlamada, həmçinin bildirilib: “Yayılan məlumatlara görə, səfər zamanı yunanıstan tərəfinin ermənistana hərbi dəstəyini artırması, o cümlədən ermənistanın ordu idarəetməsində iştirakı barədə razılıq əldə olunub. Bundan əlavə, nazir dendias yunanıstan, ermənistan, fransa vəhindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması səyləri barədə danışıb.

ermənistanın fransa, hindistan və yunanıstanın dəstəyi ilə sürətlə silahlanması, fransa və yunanıstanın bu ölkənin ordusunun idarəetməsində rol alması, dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması planları ciddi narahatlıq doğurur.

yunanıstan, ermənistan, fransa və hindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması niyyətinə gəlincə isə qeyd edək ki, eyni regionda yerləşməyən dövlətlərin belə əməkdaşlıq formatı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir. fransa, hindistan və yunanıstan bu cür addımları ilə ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləyir.

Qərbi Azərbaycan İcması ermənistan hökumətindən avantüraya getməməyi, militarist siyasətinə son qoymağı, ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaradaraq ölkəmizlə sülh yolunu tutmağı tələb edir".