Qırğızıstanın Karakol şəhəri MDB-nin mədəniyyət paytaxtı olub.....

Qırğızıstanın İssık-Kul vilayətindəki Karakol şəhəri 2022-ci il yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtıdır.

<Qırğızıstanın Karakol şəhəri MDB-nin mədəniyyət paytaxtı olub.....

AZƏRTAC Qırğızıstan mətbuatına istinadla xəbər verir ki, bununla bağlı qərar ötən ilin sonunda “Düşənbə-MDB-nin mədəniyyət paytaxtı-2021” ilinin bağlanış mərasimində elan edilib.

Bildirilir ki, 2022-ci il ərzində Karakol şəhərində MDB-nin mədəni həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə