Qazaxıstan paytaxtında fövqəladə vəziyyət elan edilib.....

Qazaxıstanın paytaxtı Nur-Sultanda fövqəladə vəziyyət elan edilib.

<Qazaxıstan paytaxtında fövqəladə vəziyyət elan edilib.....

AZƏRTAC xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.

Bundan əvvəl dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalamışdı. Yanvarın 5-dən 19-dək davam edəcək fövqəladə vəziyyət rejimi zamanı saat 23:00-dan 07:00-dək komendant saat tətbiq olunacaq, hərəkət azadlığı məhdudlaşdırılacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan