Qazaxıstan gələn il neft hasilatını 87,5 milyon tona çatdırmağı planlaşdırır.....

Qazaxıstan neft hasilatını 85,7 milyon tondan 2022-ci ildə 87,5 milyon tona çatdırmağı planlaşdırır.

<Qazaxıstan gələn il neft hasilatını 87,5 milyon tona çatdırmağı planlaşdırır.....

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Maqzum Mirzaqaliyev bildirib.

Nazir bildirib ki, bu il neft hasilatı 85,7 milyon ton, ixracı isə 67 milyon tondan bir qədər çox təşkil edəcək. Artım gələn il təxminən 2 milyon ton olacaq ki, bu da Tengiz və Qaraçaqanak yataqlarının hesabına əldə ediləcək.

M.Mirzaqaliyev bu il dekabrın 22-də bildirib ki, ölkədə neft hasilatı artacaq və 2030-cu ilə qədər 104,2 milyon tona çatacaq.

Qeyd edək ki, 2020-ci ildə Qazaxıstanda neft hasilatı 85,7 milyon ton təşkil edib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan