Prezident İlham Əliyevin üçüncü dəfə ölkə rəhbəri seçilib.....

Sosioloji Tədqiqatlar Mərkəzi fevralın 7-də keçirilmiş prezident seçkiləri ilə bağlı keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.

Bununla bağlı keçirilən mətbuat konfransında Mərkəzin nümayəndəsi Natalya İsayeva “exit-poll”un xüsusi hazırlanmış proqram əsasında aparıldığını bildirib. Qeyd edib ki, “exit-poll” 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində keçirilib. Sorğulara 5012 respondent cəlb olunub. Onların 24 faizi Bakı şəhərini, 7,9 faizi Gəncə, Sumqayıt şəhərlərini əhatə edib. 44,3 faizi isə kənd sakinləri olub.

“Exit-poll”un nəticələri belədir:

İlham Əliyev - 92, 4 faiz;

Zahid Oruc - 2,2 faiz;

Fazil Mustafa - 2 faiz;

Qüdrət Həsənquliyev - 1,6 faiz;

Elşad Musayev – 0,8 faiz;

Fuad Əliyev - 0,4 faiz;

Razi Nurullayev - 0,3 faiz.