Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub.
26-02-2024AZƏRTAC xəbər verir ki, sonra dövlətimizin başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri Xankəndi şəhərində olublar.