Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunları keçiriləcək.

<Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq

AZƏRTAC xəbər verir ki, “Qarabağ” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 16:30-da start götürəcək.

Günün digər matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, açılış oyununda ötən gün “Sumqayıt” “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəlib.

Tura aprelin 21-də “Araz-Naxçıvan” - “Səbail”, “Kəpəz” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.