Özbəkistanda “Laçın” adlı pilotsuz uçuş aparatlarının istehsalına başlanıb.....

Özbəkistanda beynəlxalq tələblərə və standartlara cavab verən “Laçın” adlı pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlanıb.

<Özbəkistanda “Laçın” adlı pilotsuz uçuş aparatlarının istehsalına başlanıb.....

AZƏRTAC Özbəkistan Müdafiə Sənayesi Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Mərkəzi Asiyada ilk dəfə Özbəkistanda istehsal olunan müasir PUA-lar hərbi sahədə kəşfiyyat çəkilişləri aparmaq, müşahidə işlərini həyata keçirmək, hərbi obyektlərə zərbə vurmaq, informasiya almaq və ötürmək, həmçinin hərbi kartoqrafiya, topogeodeziya çəkilişləri aparmaq imkanına malikdir.

Bundan başqa, PUA-lardan sənayedə və kənd təsərrüfatında da geniş istifadə etmək mümkündür. Belə ki, belə aparatlardan qoruqların, yolların, neft-qaz sahələrinin, meşə zolaqlarının, dəmir yolu xətlərinin və xüsusi strateji obyektlərin qorunmasında istifadə oluna bilər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd