Nazirlik: Dağlıq ərazilərdə fevralın 21-dək yolların buz bağlayacağı proqnozlaşdırılır

Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır.

<Nazirlik: Dağlıq ərazilərdə fevralın 21-dək yolların buz bağlayacağı proqnozlaşdırılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bununla bağlı öz feysbuk səhifəsində paylaşım edib və sürücüləri ehtiyatlı olmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, paylaşımda dağlıq və dağətəyi rayonlarda qarlı hava şəraitinin müşahidə olunduğu bildirilib. Qeyd olunub ki, hazırda qar örtüyünün hündürlüyü Şahdağ, Qrızda 10 santimetr, Qusarda 9 santimetr, Xınalıqda 6 santimetr, Qubada 3 santimetr, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 santimetrdir.

Müşahidə olunan yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda, əsasən də Quba-Qusar, İsmayıllı, Şamaxı-Ağsu aşırımı istiqamətlərində yolların buz bağlaması istisna olunmur. Gecə və səhər saatlarında şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. Bununla əlaqədar olaraq sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir.