Meşələrin elektron kadastr uçotunun qurulması və xəritələrinin elektronlaşdırılması aparılır.....

Meşələrin elektron kadastr uçotunun qurulması və xəritələrinin elektronlaşdırılması prosesləri aparılır. Proses İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə həyata keçirilir.

<Meşələrin elektron kadastr uçotunun qurulması və xəritələrinin elektronlaşdırılması aparılır.....

AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov “Ekspert saatı”nda deyib.

O bildirib ki, xəritələrin elektronlaşdırılmasının növbəti ildə yekunlaşdırılması gözlənilir: “Proses başa çatdıqdan sonra həmin məlumatın hər kəs üçün əlçatan olması, ictimaiyyətə yayımlanması, meşələrin ərazisinin elektron xəritəsinin görünməsi prosesi həyata keçiriləcək. Bu proseslərin şəffaf şəkildə olması və hər kəsin həmin məlumatlara əlçatanlığı təmin olunacaq”.