Lerikdə zəlzələ olub.....

Dekabrın 12-də Lerik seysmoloji stansiyasından 10 kilometr şimalda - Lerik rayonunda zəlzələ baş verib.

<Lerikdə zəlzələ olub.....

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 15:28-də qeydə alınan zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.5-ə bərabər olan zəlzələ 3 bala qədər hiss olunub.