Kitabxana Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar videoçarx hazırlayıb.....

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbirlər keçirməyə və məlumat xarakterli videoçarxlar hazırlamağa davam edir.

<Kitabxana Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar videoçarx hazırlayıb.....

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın hazırladığı növbəti videoçarxda Azərbaycanın ustad aşığı Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında məlumat verilir. Videoçarxda, həmçinin kitabxananın əməkdaşı ustad aşığın əsərlərini də səsləndirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, bu il ölkəmizdə ustad aşığın yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.