İtaliyanın gömrük xidməti poçt bağlamalarının arasında dinozavr yumurtası tapıb.....

İtaliyanın Berqamo şəhərinin hava limanının gömrük xidməti ölkəyə daxil olmaq üçün nəzərdə tutulan poçt bağlamalarının arasında dinozavr yumurtası aşkarlayıb.

<İtaliyanın gömrük xidməti poçt bağlamalarının arasında dinozavr yumurtası tapıb.....

AZƏRTAC “Giornale di Brescia” nəşrinə istinadla xəbər verir ki, dağ süxuru ilə əhatələnmiş dinozavr yumurtasının qabığı online alış-veriş yolu ilə Malayziyadan Apennin yarımadasına göndərilib. Sertifikatın mövcud olmayan agentlik tərəfindən verilməsi bağlamaya şübhələri artırıb.

“Orio-al-Serio” hava limanının gömrük əməkdaşları tapıntı barədə Berqamo və Breşiya əyalətlərinin Arxeologiya Departamentinə məlumat verib. Alimlər bunun bir zamanlar hazırkı Çin ərazisində yaşayan böyük otyeyən dinozavr – şunozavr yumurtası olduğunu müəyyən ediblər.

Nəşrin məlumatına görə, bağlamanın alıcısı ondan imtina edib. Müvafiq sertifikatı olmayan arxeoloji tapıntı dövlətin sərəncamına verilib və sonradan muzeylərdən birinin ekspozisiyasına daxil ediləcək.