İtaliyada koronavirus qurbanlarının sayı 142 mini keçib.....

İtaliyada son 24 saat ərzində COVID-19 infeksiyasına yoluxanların sayı 192 min 320 nəfər artaraq ümumilikdə 9 milyon 219 min 391-ə çatıb.

<İtaliyada koronavirus qurbanlarının sayı 142 mini keçib.....

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 380 nəfər artaraq 142 min 205-ə yüksəlib. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 2 milyon 626 min 590, reanimasiya şöbəsində olanların sayı isə 1688 nəfərdir.

Ötən gün 1 milyon 181 min 889 test icra edilib, virusdan sağalanların sayı isə 136 min 152 nəfər artaraq 6 milyon 450 min 596 olub.

İndiyədək ölkə əhalisinə ümumilikdə 121 milyon 865 min 179 doza peyvənd vurulub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma