Son illərdə tez-tez eşitdiyimiz SIBO (Kiçik Bağırsaq Bakteriyalarının Aşırı Böyüməsi) nazik bağırsaqda həddindən artıq bakteriya böyüməsi nəticəsində yaranan bir xəstəlikdir.
11-12-2024
Son illərdə tez-tez eşitdiyimiz SIBO (Kiçik Bağırsaq Bakteriyalarının Aşırı Böyüməsi) nazik bağırsaqda həddindən artıq bakteriya böyüməsi nəticəsində yaranan bir xəstəlikdir. Mütəxəssislər bu təhlükəli vəziyyətin əsas səbəbi kimi qeyri-sağlam qidalanma vərdişlərini göstərirlər. Yetkinlərdə olduğu kimi uşaq və yeniyetmələrdə də görülən SIBO həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır.
Qarında şişkinlik, qaz və daimi yorğunluq kimi şikayətlərlə özünü göstərən SİBO, karbohidratla zəngin qidalanma, fast-food istehlakı, qazlı içkilər və spirt kimi qeyri-sağlam vərdişlər nəticəsində ortaya çıxır. Bağırsaqlarımızdakı bakteriyalar karbohidratları parçalayır və karbon qazı, hidrogen və metan kimi qazlar yaradır. Bu, SIBO-da görülən qaz və şişkinliyin əsas səbəbidir. Bundan əlavə, süd və süd məhsulları, həddindən artıq yağlı qidalar və mədə qoruyucu dərmanlar da SIBO riskini artırır.
Müalicə olunmayan SIBO xroniki ishal və vitamin çatışmazlığına gətirib çıxara bilər, həyat keyfiyyətini azaldır. B12 çatışmazlığı unutqanlıq və stress kimi problemləri də gətirir. Şişkinlik, qarın ağrısı, narahatlıq hissi və xroniki ishal SIBO simptomları arasındadır. Xəstələr gündəlik həyatlarında, iş görüşmələrində və ictimai fəaliyyətlərdə ciddi narahatlıq yaşadıqlarını bildirirlər.
SIBO diaqnozu və müalicəsi mütəxəssis Qastroenteroloq tərəfindən aparılmalıdır. Sağlam qidalanma vərdişləri və müntəzəm məşq SIBO-nun qarşısının alınmasında mühüm rol oynayır.