Havada toz müşahidə olunur

Avtomatik meteoroloji stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

<Havada toz müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova AZƏRTAC-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

Peyk görüntülərinə əsasən, tozlu hava şəraitinə səbəb cənub istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.