FHN-in növbəti humanitar yardımından ibarət avtomobil karvanı Türkiyəyə çatıb.....

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 10 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınmış növbəti humanitar yardım karvanı bu gün Türkiyənin Kahramanmaraş rayonuna çatıb.

<FHN-in növbəti humanitar yardımından ibarət avtomobil karvanı Türkiyəyə çatıb.....

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.