Çikaqoda silahlı hücum nəticəsində dörd nəfər həlak olub.....

Bu gün səhər saatlarında ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) baş verən silahlı hücum nəticəsində azı dörd nəfər həlak olub, daha dörd nəfər isə yaralanıb.

<Çikaqoda silahlı hücum nəticəsində dörd nəfər həlak olub.....

AZƏRTAC xəbər verir ki, bu barədə ABC telekanalı yerli polis orqanlarına istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, evlərdən birində mübahisədən sonra atəş açılıb. Yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Polis insidentin təhqiqatına başlayıb.