Bursada “Şuşa-2023” türk dünyasının mədəniyyət paytaxtı fotosərgisinin açılışı olub.....

Türkiyənin Bursa şəhərində keçirilən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurasının 39-cu iclası çərçivəsində toplantıya qatılanların iştirakı ilə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Şuşa-2023” türk dünyasının mədəniyyət paytaxtı fotosərgisinin açılışı olub.

<Bursada “Şuşa-2023” türk dünyasının mədəniyyət paytaxtı fotosərgisinin açılışı olub.....

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixini, işğal dövründə Ermənistan tərəfindən törədilən vandalizm aktlarının acı nəticələrini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbəni və sonrakı quruculuq işlərini, həyata keçirilən mədəniyyət layihələrini özündə əks etdirən film nümayiş olunub.

Sonra sərgiyə baxış keçirilib.

Azərbaycanı mədəniyyət naziri Anar Kərimov yuxarıda sadalanan mövzular, eləcə də işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən quruculuq işləri, Türkiyə və digər türk dövlətləri başda olmaqla bu ərazilərdə həyata keçirilən layihələr ətrafında iştirakçılara məlumat verib, sərgiyə qatıldıqları üçün minnətdarlığını çatdırıb.

Sonra nazir Anar Kərimov nazirliyin “ Şuşa 270” döş nişanını və “Şuşa zirvədən uca” kitabını Bursa Valisi Yakup Canpolata təqdim edib.

Yazılı vasitələr və fotolar əsasında Şuşa ilə bağlı bütün məlumatlar sərgini ziyarət edənlərə çatdırılacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bursa