Bu il sənaye məhsulunun 63,9 faizi mədənçıxarma sektorunda istehsal edilib

Bu ilin yanvar-fevral aylarında neft-qaz sektorunda məhsul istehsalı 0,9 faiz azalıb, sənayenin qeyri-neft-qaz sektorunda isə 11,2 faiz artıb.

<Bu il sənaye məhsulunun 63,9 faizi mədənçıxarma sektorunda istehsal edilib

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 63,9 faizi mədənçıxarma sektorunda, 29,5 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.