Bred Pittin baş rolda oynadığı Devid Litçin “Güllədən daha sürətli” filmi ABŞ kinoprakatında 100 milyon dollardan çox gəlir qazanıb.
02-10-2022AZƏRTAC xəbər verir ki, təxminən 90 milyon dollarlıq istehsal büdcəsi ilə film hazırda dünya üzrə 231 milyon dollardan çox qazanc əldə edib.
Tənqidçilərin fikrincə, COVID-dən sonrakı standartlara görə, bu, komiks personajlarının olmadığı orijinal film üçün ciddi nailiyyətdir. Belə ki, 2022-ci ildə Şimali Amerikada cəmi 14 filmin kassa gəlirləri 100 milyon dolları ötüb.