Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! Od çərşənbəniz mübarək!"